SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Ağdamda 2 nəfər yumurtadan zəhərləndi

Ağdamda 2 nəfər yumurtadan zəhərləndi

Tarix:

6-09-2019, 11:35

/ 639 dəfə oxundu.
Ağdamda 2 nəfər yumurtadan zəhərləndi

Ağdam rayonunda 2 nəfər qidadan zəhərlənib.

Hadisə rayonun Baharlı qəsəbəsində baş verib. Qəsəbə sakinləri 32 yaşlı Tahir Abdullayev və 10 yaşlı Camal Qasımov nahar etdikdən sonra səhhətləri pisləşib. Hadisə yerinə Təcili Tibbi Yardım əməkdaşları çağırılıb və onlar Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaxınlarının verdiyi məlumata görə, zəhərlənənlər dükandan yumurta alıb yedikdən sonra halları pisləşib. Faktla bağlı araşdırma aparılır.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, zəhərlənmə diaqnozu ilə Ağdam rayon Mərkəzi Xəstəxanasına gətirilən 32 yaşlı kişinin vəziyyəti yaxşıdır. 10 yaşlı uşaq isə Ağcabədi rayon Uşaq Xəstəxanasına yerləşdirilib, müalicələri davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ