SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Süleyman Sani Axundovun xatirə lövhəsi oğurlanıb

Süleyman Sani Axundovun xatirə lövhəsi oğurlanıb

Tarix:

5-09-2019, 10:37

/ 1 077 dəfə oxundu.
Süleyman Sani Axundovun xatirə lövhəsi oğurlanıb

Azərbaycanın görkəmli yazıçısı və ictimai xadim Süleyman Sani Axundovun xatirə lövhəsi oğurlanıb.

Belediyye.infoya istinadla bildiririk ki, S. S. Axundovun Bakı şəhəri Yasamal rayonu Zivər bəy Əhmədbəyov küçəsi 18-də (köhnə ünvan Qubanov küçəsi 10) divara vurulan xatirə lövhəsi yoxa çıxıb.

Ağ mərmər lövhədə kiril qrafikasıyla “Bu evdə 1933-1939-cu illərdə görkəmli Azərbaycan yazıçısı və maarifçisi Süleyman Sani Axundov yaşamışdır” cümləsi yazılmışdı.

Son günlərədək divarda olan xatirə lövhəsi bu gün artıq orda yoxdur. Binanın fasadı təmir edilərkən hiss olunur ki, məhz xatirə lövhəsi üzlənmiş örtüyün arxasında saxlanılıb.

Şərhlər

XƏBƏR LENTİ