SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Qubada narkotik alverçisi saxlanıldı - FOTO

Qubada narkotik alverçisi saxlanıldı - FOTO

Tarix:

4-09-2019, 18:12

/ 949 dəfə oxundu.
Qubada narkotik alverçisi saxlanıldı - FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Amsar kənd sakini, 28 yaşlı Şahin Süleymanov saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən onun üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan göy rəngli sellofan torbada təmiz çəkisi 420 qram olan narkotik maddə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ