SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda polis qıza görə döyüldü

Bakıda polis qıza görə döyüldü

Tarix:

2-09-2019, 18:53

/ 790 dəfə oxundu.
Bakıda polis qıza görə döyüldü

Bakının Sabunçu rayonu ərazisində yerləşən kafedə polis əməkdaşı döyülüb.
xalqxeber.az "Criminal.az"-a istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, yavər Əliyev küçəsində yerləşən ''111 Pub'' kafesində baş verib.

Gecə saat 3 radələrində həmin kafenin yerləşdiyi binada yaşayan Ceyhun adlı şəxslə həmin obyektin Mübariz adlı sahibi arasında dava düşüb. Davaya bir neçə nəfər də qoşulub. Ceyhun adlı polis serjantı döyülərək kafedən bayıra atılıb.

Davanın qız üstündə baş verdiyi bildirilir. Hadisə yerinə polis əməkdaşları gəlib. Dava iştirakçıları Sabunçu rayonu 13-cü polis bölməsinə aparılaraq izahatları alınıb.

Şərhlər

XƏBƏR LENTİ