SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanda güclü yanğın - Havaya 2 helikopter və təyyarə qaldırıldı

Azərbaycanda güclü yanğın - Havaya 2 helikopter və təyyarə qaldırıldı

Tarix:

29-08-2019, 17:30

/ 1 028 dəfə oxundu.
Azərbaycanda güclü yanğın - Havaya 2 helikopter və təyyarə qaldırıldı

Avqustun 29-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağsu rayonu, Kalağayı kəndində mürəkkəb relyefli dağlıq ərazidə quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının qarşısının alnması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülkü müdafiə qoşunlarının canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin 2 helekopteri və 1 “BE 200 ÇS” tipli amfibiya təyyarəsi cəlb olunub.

***

Ağsu rayonunda dağlıq ərazidə yanğın başlayıb.
Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hadisə rayonun Xanbulaq kəndi ərazisində baş verib.

Ərazi dağlıq sahə olduğundan yanğının qarşısını qısa müddətdə almaq mümkün olmayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin helikopteri, canlı qüvvə və texnikaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ