SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » ÇƏTƏNƏ KOLLARI ƏKƏN KƏND SAKİNİ SAXLANILDI

ÇƏTƏNƏ KOLLARI ƏKƏN KƏND SAKİNİ SAXLANILDI

Tarix:

29-08-2019, 11:08

/ 675 dəfə oxundu.
ÇƏTƏNƏ KOLLARI ƏKƏN KƏND SAKİNİ SAXLANILDI

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinər rayonun Müşfiq kənd sakini, 46 yaşlı Zakir Əhmədov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə ona məxsus evin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş yaş çəkisi 31 kq olan 41 ədəd narkotik xassəli çətənə bitkiləri aşkar olunub.
Dindirilmə zamanı Z.Əhmədov çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Şərhlər

XƏBƏR LENTİ