SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Həyətində xaş-xaş aşkar olundu...

Həyətində xaş-xaş aşkar olundu...

Tarix:

7-08-2019, 21:38

/ 821 dəfə oxundu.
Həyətində xaş-xaş aşkar olundu...

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 46 yaşlı Mərdan Qasımov saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan dekorativ gül kollarının arasında yetişdirilmiş dörd ədəd əkilib-becərilməsi qadağan olunan narkotik təbiətli xaş-xaş bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ