SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Xəzərə düşən hərbi təyyarəmiz TAPILDI

Xəzərə düşən hərbi təyyarəmiz TAPILDI

Tarix:

25-07-2019, 23:31

/ 777 dəfə oxundu.
Xəzərə düşən hərbi təyyarəmiz TAPILDI

Dünən axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsi tapılıb.

Bunu qafqazinfo-ya açıqlamasında tanınmış politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, hərbi təyyarə sabah quruya çıxarılacaq: “Axtarışlarla bağlı hələlik bir yenilik yoxdur. Amma deyəsən, təyyarə tapılıb. Təxminən Giləzi ilə Şuraabad ərazisindədir. Sabah kranla quruya çıxaracaqlar”.

Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.

Şərhlər

XƏBƏR LENTİ