SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Məcburi köçkünlərin yaşadığı ev yandı, xəsarət alan var

Məcburi köçkünlərin yaşadığı ev yandı, xəsarət alan var

Tarix:

25-07-2019, 14:38

/ 894 dəfə oxundu.
Məcburi köçkünlərin yaşadığı ev yandı, xəsarət alan var

Bərdə rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Qırmızı Samux qəsəbəsində baş verib.

Belə ki, ümumi sahəsi 270 m² olan tikilinin (məcburi köçkünlər məskunlaşıb) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və ümumi sahəsi 70 m² olan evin mətbəxinın tavanı və içərisindəki əşyalar 12 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

XƏBƏR LENTİ