SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Şəmkirdə SİLAHLI İNSİDENT - Qardaş qardaşı güllələdi

Şəmkirdə SİLAHLI İNSİDENT - Qardaş qardaşı güllələdi

Tarix:

4-07-2019, 12:31

/ 1 011 dəfə oxundu.
Şəmkirdə SİLAHLI İNSİDENT - Qardaş qardaşı güllələdi

DİN-in “102–Zəng Mərkəzi” Xidmətinə iyulun 3-də Şəmkir rayonunun Qarabağlılar kəndi ərazisində bir nəfərin odlu silahla açılmış atəşdən xəsarət alması barədə müraciət daxil olmuşdur.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlmişlər. Araşdırmalarla kəndin əkin sahəsində E.Məmmədovun münaqişə zəminində tüfəngdən atəş açaraq qardaşı R.Məmmədovun qol nahiyəsinə xəsarət yetirməsi müəyyən edilmişdir.

E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılmış, müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi ondan götürülmüşdür.

Faktla əlaqədar cinayət işi başlanmışdır.

Şərhlər

XƏBƏR LENTİ