SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda "kamikadze sürücü" ölüm saçdı - VİDEO

Bakıda "kamikadze sürücü" ölüm saçdı - VİDEO

Tarix:

2-07-2019, 19:29

/ 795 dəfə oxundu.
Bakıda "kamikadze sürücü" ölüm saçdı - VİDEO

Bakıda qarşı yola çıxaraq təhlükə yaradan, o cümlədən hərəkətlərində avtoxuliqanlıq elementləri olan sürücü kameraya düşüb.

"Report"a istinadən xəbər veririk ki, Xocasən yolunda qeydə alınmış videodan görünür ki, 58 BX 138 dövlət nömrə nişanlı, VAZ 21 07 markalı avtomobilin sürücüsü təmir gedən, beton pilitələrlə kəsilmiş dar yolda əks istiqamətə çıxır. Bu zaman digər hərəkət iştirakçısa real təhlükə yaradır.

Bundan sonra sürücü elə əks istiqamətdə yoluna davam edərək qaşıdan gələn nəqliyyat vasitələrinin önünə çıxır. Ona etiraz edən sürücülərə isə əl-qol hərəkətləri ilə kobudluq edir.

Nəzərə alsaq ki, onsuz da dar olan yolda manevr imkanları məhduddur, bu sürücünün real qəzaya, hətta ölümə getdiyi aydın olur. Sürücülər arasında belələri “kamikadze” adlandırırlır. Çünki qəza anında özü ilə bərabər digərlərinə də zərər vurur. Videonu təqdim edirik. Yəqin ki, Dövlət Yol Polisi əməkdaşları sürücünü aşkar edərək barəsində müvafiq qaydada tədbir görüb, yaxud bu videodan sonra tədbir görəcəklər.

Şərhlər

XƏBƏR LENTİ