SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Gəncədə ictimai nəqliyyatda cibgirlik edən qadın saxlanılıb

Gəncədə ictimai nəqliyyatda cibgirlik edən qadın saxlanılıb

Tarix:

1-07-2019, 18:27

/ 627 dəfə oxundu.
Gəncədə ictimai nəqliyyatda cibgirlik edən qadın  saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında şəhər ərazisindəki xətt avtobusunda bir qadının çantasından 32 manat nağd pulu və ümumi dəyəri 410 manat olan qızıl zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 59 yaşlı Samux rayon sakini Səlminaz Həsənova saxlanılıb. 
Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ