SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Gəncə sakinindən 27 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb

Gəncə sakinindən 27 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb

Tarix:

1-07-2019, 18:26

/ 617 dəfə oxundu.
Gəncə sakinindən 27 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə polis əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərən şəxs saxlanılıb. Belə ki, şəhər sakini, 39 yaşlı Nəsimi Hüseynovun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə dibçəklərdə becərilmiş, ümumi çəkisi 6 kiloqram 674 qram olan 27 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Gəncə sakinindən 27 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb
Gəncə sakinindən 27 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb

Şərhlər

XƏBƏR LENTİ