SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü

Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü

Tarix:

25-06-2019, 09:48

/ 1 027 dəfə oxundu.
Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü

Bakıda yeniyetmə qız xəstəxanadan itkin düşüb.

Hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan Əhmədova Xatirə Ağalar qızı polisə müraciət edərək bildirib ki, iyunun 22-də qızı, 2000-ci il təvəllüdlü Əhmədli Nəzrin Asif qızı Sabunçu rayonu ərazisindəki 3 saylı Şəhər Klinik Xəstəxanasından bankomata getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ