SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakı sakinində külli miqdarda narkotik aşkarlandı

Bakı sakinində külli miqdarda narkotik aşkarlandı

Tarix:

18-06-2019, 10:12

/ 729 dəfə oxundu.
Bakı sakinində külli miqdarda narkotik aşkarlandı

Bakı sakini Qaxda külli miqdarda narkotiklə saxlanılıb.

Bu barədə xalqxeber.az-a DİN-dən məlumat verilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Viləş Əhədov rayonun Qorağan kəndi ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun əlindəki sellofan torbadan ümumi çəkisi 1 kq narkotik vasitə olan heroin və 500 qram metamfetamin aşkar olunaraq götürülüb.Davam etdirilən tədbirlərlə V. Əhədova həmin narkotik vasitəni satan şəxs də müəyyən olunub.

Qax Rayon Polis Şöbəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 55 yaşlı Hüseyn Məmmədov da Bakı şəhəri ərazisində saxlanılıb. Onun yaşadığı mənzilə baxış keçirilən zaman narkotik vasitə olan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ