SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Gəncədə oğurluq edən gənclər ələ keçdi

Gəncədə oğurluq edən gənclər ələ keçdi

Tarix:

15-06-2019, 15:16

/ 871 dəfə oxundu.
Gəncədə oğurluq edən gənclər ələ keçdi

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, iyun ayının 13-də Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki yaşayış evlərinin birində oğurluq hadisəsi baş verməsi barədə ərizə daxil olub. Dərhal Gəncə ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən 2000 ABŞ dolları nağd pul, ümumi dəyəri 3000 manat olan iki ədəd qızıl saat, ümumi dəyəri 700 manat olan 2 ədəd mobil telefon və 500 manat dəyərində bəzək əşyaları oğurlanıb.

Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş, 18 yaşlı Mahir Tağıyev, 23 yaşlı Xəlil Qarayev və 20 yaşlı Mayıl Həsənov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğruluq hadisəsini etiraf ediblər və oğurladıqları əşyaları satdıqlarını deyiblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ