SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » “28 May” stansiyasında DƏHŞƏT - Bir nəfər qatarın altına düşdü

“28 May” stansiyasında DƏHŞƏT - Bir nəfər qatarın altına düşdü

Tarix:

31-05-2019, 10:36

/ 817 dəfə oxundu.
“28 May” stansiyasında DƏHŞƏT - Bir nəfər qatarın altına düşdü

Bu gün səhər saatlarında metronun “28 May” stansiyasında bir nəfər naməlum şəxs hərəkətdə olan qatarın altına düşüb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmədov Modern.az-a faktı təsdiqləyib:

“Hadisə 09:35 radələrində baş verib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb”.

B.Məmmədov deyib ki, hazırda şəxsin qatar yolundan çıxarılması həyata keçirilir:

“Hələlik onun kimliyi bilinmir. Həmçinin, onun təsadüfən, yoxsa intihar məqsədilə özünü qatarın altına atdığı da məlum deyil. Ətraflı məlumat veriləcək”.

Şərhlər

XƏBƏR LENTİ