SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Sirus Qoçxaninin əməliyyat etdiyi həkim öldü

Sirus Qoçxaninin əməliyyat etdiyi həkim öldü

Tarix:

29-05-2019, 01:16

/ 1 637 dəfə oxundu.
Sirus Qoçxaninin əməliyyat etdiyi həkim öldü

Yenilik.Az-a daxil olan informasiyaya görə, Qara Qarayev metrosu yaxınlığındakı 4 saylı Vərəm Dispanserinin həkimi Sona Gürgün (Vəliyeva) liposaksiya (piy sovurma) əməliyyatından sonra vəfat edib. Əldə etdiyimiz məlumata görə, Baku Medikal Plazada baş tutan əməliyyatı Sirus Qoçxani adlı həkim həyata keçirib.

Məlumat saytımıza gecəyarısı daxil odluğuna görə, informasiyanı dəqiqləşdirmək cəhdlərimiz boşa çıxdı. Baku Medikal Plazadan bildirdilər ki, hazırda klinikanın ancaq təcili yardım xidməti iş başındadır, suallarımıza cavab verə biləcək şəxslər səhər saat 8-də işdə olacaqlar. Məlumatı dəqiqləşdirib ətraflı informasiya verməyə çalışacağıq.

Qeyd edək ki, Sirus Qoçxani adı Azərbaycan ictimaiyyətinə tanışdır. Belə ki, 2017-ci ilin iyun ayında 21 yaşlı gənc model Leyla Oruclu da liposaksiya əməliyyatı üçün o zaman “Zəfəran Hospital”da çalışan Sirus Qoçxaniyə müraciət etmiş və əməliyyatdan sonra gənc qız həyatını itirmişdi. O zaman gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyini və klinikanın hazırlıqsız olduğunu əsas səbəb kimi göstərirdi.

Bəs görəsən bu dəfə nə baş verib? Sirus Qoçxaninin və Baku Medikal Plazanın mövqeyini öyrənib dərc etməyə çalışacağıq.

Şərhlər

XƏBƏR LENTİ