SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Vəfat edən muzey direktoru öldürülübmü? - Qohumlarından iddia

Vəfat edən muzey direktoru öldürülübmü? - Qohumlarından iddia

Tarix:

13-05-2019, 11:59

/ 793 dəfə oxundu.
Vəfat edən muzey direktoru öldürülübmü? - Qohumlarından iddia

Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda muzey direktorunun iş yerində meyiti tapılıb.

Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, 1955-ci il təvəllüdlü Ağayar Nəsirovun dünən gecə saatlarında iş yerindəki otağında meyiti aşkar edilib.

İlkin məlumatda muzey direktorunun ürəktutmasından vəfat etdiyi bildirilib. Lakin onun qohumları mərhumun ölümündə şübhəli məqamlar olduğunu iddia edirlər.

Qaynarinfo-ya Ağayar Nəsirovun yaxınları tərəfindən verilən məlumata görə, onun səhhətində heç bir problem olmayıb. Onlar bu ölümün əcəl ilə bağlı olmadığı qənaətindədirlər.

Hazırda mərhumun meyiti tibbi ekspertiza tərəfindən yoxlanışdadır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb.

Şərhlər

XƏBƏR LENTİ