SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Çobanlıq etdiyi fermadan oğurluq etdi

Çobanlıq etdiyi fermadan oğurluq etdi

Tarix:

7-05-2019, 10:57

/ 853 dəfə oxundu.
Çobanlıq etdiyi fermadan oğurluq etdi

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini Rauf Rəfiyev mayın 5-də ona məxsus fermadan ümumi dəyəri 750 manat olan 4 baş xırdabuynuzlu heyvanların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R. Rəfiyevə məxsus rayonun Bığır kəndində yerləşən fermadan heyvanları oğurlayan şəxsin elə həmin təsərrüfatda çobanlıq edən Goranboy rayon sakini, 33 yaşlı Ceyhun Həsənov olduğu müəyyən olunub və şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır

Şərhlər

XƏBƏR LENTİ