SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Evində narkotik bitki əkib-becərən Şəki sakini saxlanılıb

Evində narkotik bitki əkib-becərən Şəki sakini saxlanılıb

Tarix:

18-04-2019, 10:14

/ 947 dəfə oxundu.
Evində narkotik bitki əkib-becərən Şəki sakini saxlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçiriblər.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, 24 yaşlı Mirseyid Ağababayev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman oradan müxtəlif plastik qablarda kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə bitkisinin şitillləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ