SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » BALAKƏN SAKİNİNİN EVİNDƏ NARKOTİK AŞKARLANDI

BALAKƏN SAKİNİNİN EVİNDƏ NARKOTİK AŞKARLANDI

Tarix:

11-04-2019, 12:52

/ 970 dəfə oxundu.
BALAKƏN SAKİNİNİN EVİNDƏ NARKOTİK AŞKARLANDI

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində ötən gün növbəti əməliyyat tədbiri həyata keçiriblər.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Talalar kənd sakini, 28 yaşlı Eşqin Abbasov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ