Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb.
Hadisə Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 8-ci sinif şagirdi Y.Hacıyeva təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə zamanı yeniyetmənin əlində kəsici alət də olub.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
***13:25
"162 nömrəli tam orta məktəbdən verilmiş məlumata əsasən, VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılıb".
Bunu Unikal.org-a Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdən məlumat verilib.
Bildirilib ki, şagirdin ailəsində müəyyən problemlər mövcuddur.
Hazırda şagird 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilib. Şagirdin ayağında sınıq var.
Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.