SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Astarada 3 uşaq atası özünü asdı - Cəsədini həyat yoldaşı tapdı

Astarada 3 uşaq atası özünü asdı - Cəsədini həyat yoldaşı tapdı

Tarix:

22-01-2019, 13:35

/ 1 029 dəfə oxundu.
Astarada 3 uşaq atası özünü asdı - Cəsədini həyat yoldaşı tapdı

Astara rayonunda 43 yaşlı kişi özünü asıb.

Hadisə rayonun Kijəbə qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbənin sakini, 1976-cı il təvəllüdlü Samir Hacıəli oğlu Məmmədovun cansız bədəni həyat yoldaşı tərəfindən yaşadığı evin həyətindəki ağacdan asılmış vəziyyətdə aşkar edilib.

Üç övlad atasının hansı səbəbdən intihar yolunu seçdiyi məlum deyil.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ