SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanda 18 yaşlı qız arıqlamaq üçün dərman içdi, öldü

Azərbaycanda 18 yaşlı qız arıqlamaq üçün dərman içdi, öldü

Tarix:

6-12-2018, 11:56

/ 1 611 dəfə oxundu.
Azərbaycanda 18 yaşlı qız arıqlamaq üçün dərman içdi, öldü

Yevlaxda 18 yaşlı qız zəhərlənərək ölüb. 2000- ci il təvəllüdlü Sona Əliyeva dekabrın 4-də axşam saatlarında zəhərlənmə diaqnozu ilə Yevlax rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım bölməsinə gətirilib.

Dünən xəstəxananın reanimasiya şöbəsində vəfat edib. O, evdə arıqlamaq üçün kömür tabletkası qəbul edib.

Ölümün səbəbini müəyyən etmək məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ