SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Jurnalistlərin binasında daha bir oğurluq: MŞ-nın sədr müavininin velosipedi oğurlandı

Jurnalistlərin binasında daha bir oğurluq: MŞ-nın sədr müavininin velosipedi oğurlandı

Tarix:

26-11-2018, 13:11

/ 1 111 dəfə oxundu.
Jurnalistlərin binasında daha bir oğurluq: MŞ-nın sədr müavininin velosipedi oğurlandı

Bakının Bibiheybət qəsəbəsində yerləşən jurnalistlərin binasında oğurluq hadisəsi qeydə alınıb.

xalqxeber.az demokrat.az-a istinadən xəbər verir ki, ötən gün Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin velosipedi oğurlanıb.

Müşfiq Ələsgərli xəbəri təsdiqləyib.

O bildirib ki, oğurluq hadisəsi onun ikinci mərtəbədə yerləşən evinin qapısı önündə baş verib:

"Velosipedi ikinci mərtəbədə evimin qapısının önündə saxlayırdım. Ötən gün xəbər tutdum ki, velosiped oğurlanıb. Artıq polisə müraciət olunub. Mən polisə güvənirəm. İnanıram ki, velosipedi tapıb qaytaracaqlar. Çünki binadan çəkilən kamera görüntüləri də var. Binanın mühafizə xidməti onu qeydə alıb və kamera görüntüləri polisə təqdim edilib".

Şərhlər

XƏBƏR LENTİ