SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Xaçmazda köşkdən oğurluq edən saxlanılıb

Xaçmazda köşkdən oğurluq edən saxlanılıb

Tarix:

18-08-2018, 10:18

/ 1 446 dəfə oxundu.
Xaçmazda köşkdən oğurluq edən saxlanılıb

Xaçmaz rayon ərazisində oğurluq etmiş şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan xalqxeber.az-a verilən məlumata görə, avqustun 13-də Xaçmaz rayonu Qımıl-qışlaq kənd sakini Zaur Mustafayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək üç gün əvvəl naməlum şəxs və ya şəxslər tərəfindən avtovağzal ərazisində icarə əsasında işlətdiyi köşkdən 2500 manat və 1700 rubl pulunun oğurlandığını bildirib.

Xaçmaz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Şirin Həsənli saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı pullardan 1400 manat və 1700 rubl maddi sübut kimi ondan götürülərək zərərçəkmişə qaytarılıb.

Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır

Şərhlər

XƏBƏR LENTİ