SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Həyətində çətənə əkmişdi

Həyətində çətənə əkmişdi

Tarix:

20-06-2018, 17:51

/ 1 768 dəfə oxundu.
Həyətində çətənə əkmişdi

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, alqı-satqısına qarşı mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan xalqxeber.az-a verilən məlumata görə, iyunun 19-da Şabran RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəhimli kənd sakini Elşad Quliyevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan hündürlüyü 20-30 sm olan 10 ədəd çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı həmin şəxs çətənə kollarını özü becərdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır

Şərhlər

XƏBƏR LENTİ