SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » OĞURLADIĞI MAL-QARANI SATMAĞA APARARKƏN SAXLANILDI

OĞURLADIĞI MAL-QARANI SATMAĞA APARARKƏN SAXLANILDI

Tarix:

1-06-2018, 13:12

/ 1 592 dəfə oxundu.
OĞURLADIĞI MAL-QARANI SATMAĞA APARARKƏN SAXLANILDI

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Kəramət Musayev naməlum şəxs və ya şəxlərin ona məxsus heyvan yatağından ümumi dəyəri 4500 manat olan 4 baş iri buynuzlu mal-qarasının oğurlandığını bildirib.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Alim Mustafayev “Gazel” markalı avtomobillə Goranboy istiqamətində hərəkətdə olarkən saxlanılıb. Baxış zamanı oğurlanan heyvanlar avtomobilin yük hissəsində aşkarlanıb. Dindirilmə zamanı o törətdiyi oğruluq hadisəsini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Eşqin Qasımov,
polis leytenantı

Şərhlər

XƏBƏR LENTİ