SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » QONŞUSUNUN EVİNDƏN OĞURLUQ ETMİŞDİ

QONŞUSUNUN EVİNDƏN OĞURLUQ ETMİŞDİ

Tarix:

20-04-2018, 11:22

/ 1 328 dəfə oxundu.
QONŞUSUNUN EVİNDƏN OĞURLUQ ETMİŞDİ

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, aprelin 3-də Bakı şəhər sakini Gülçin Əmiraslanov Siyəzən RPŞ-nə ərizə ilə müraciət edərək ona məxsuz Zarat kənd ərazisində yerləşən evindən ümumi dəyəri 4270 manat olan 1 ədəd qaynaq aparatı, 1 ədəd kondisioner mühərriki, 1 ədəd otbiçən maşının mühərriki, 480 metr elektrik naqili, xalça, su mühərriki və müxtəlif məişət əşyaları oğurlandığı barədə məlumat verib.
Məlumatla əlaqədar Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla aparılan axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini əvvəllər məhkum olunmuş Şərafəddin Fərzəliyev olduğu məlum olub. Dindirilmə zamanı o törətdiyi cinayəti etiraf edib, evdə yaşayış olmadığından istifadə edərək oğurluğu törətdiyini bildirib.
Faktla bağlı Siyəzən RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Nizam Həmidov
polis leytenantı

Şərhlər

XƏBƏR LENTİ