SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Salyanda piyadaları maşın vurub: Ölən var

Salyanda piyadaları maşın vurub: Ölən var

Tarix:

6-04-2018, 13:02

/ 1 281 dəfə oxundu.
Salyanda piyadaları maşın vurub: Ölən var

Salyan şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 5-də saat 5:00 radələrində Salyan şəhərinin ərazisində Arbatan kənd sakini Fərzalı Fərəcov idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən rayon sakinləri Kəmalə Əsgərovanı və Səriyyə Əhədovanı vurub.

Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, S.Əhədova orada ölüb.

Salyan RPŞ tərəfindən araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ