XalqXəbər.Az

Abşeronda jurnalistin evindən oğurluq olub - "...evimdən 1700-1800 manat məbləğində pul oğurlanıb"

Abşeronda jurnalistin evindən oğurluq olub - "...evimdən 1700-1800 manat məbləğində pul oğurlanıb"
27-03-2018, 09:43

Abşeron rayonunda jurnalist Vasif Həsənlinin evindən oğurluq olub.

Bu barədə V.Həsənlinin özü məlumat verib.

O, hadisə vaxtı evdə olmadığını bildirib: "Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni yaşayış massivində yerləşən evimdən 1700-1800 manat məbləğində pul oğurlanıb. Hadisə mən və ailə üzvlərim evdə olmayan zaman baş verib. Naməlum şəxs və ya şəxlər evə pəncərədən daxil olublar".

Faktla bağlı zərərçəkən Abşeron Rayon Polis İdarəsinə məlumat verib, araşdırma aparılır.

Qeyd edək ki, V.Həsənli ölkə.az saytında çalışır.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.