SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Qadın aptekdə quldurluğa əl atdı

Qadın aptekdə quldurluğa əl atdı

Tarix:

12-03-2018, 14:42

/ 1 183 dəfə oxundu.
Qadın aptekdə quldurluğa əl atdı

Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən apteklərin birində quldurluq faktı qeydə alınıb.
Verilən məlumata görə, qəsəbənin “Şəhrinur” aptekinə gələn Əliyeva Aytən Məhərrəm qızı satıcını bıçaqla hədələyərək kassada olan 165 manat pulu quldurluq yolu ilə alıb. Sonra isə apteki tərk edərək oradan uzaqlaşıb.
6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aptekin müşahidə kameralarına düşən qadın saxlanılaraq İstintaq Şöbəsinə təhvil verilib.
Faktla bağlı qadına qarşı Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb və qadın şübhəli şəxs qismində həbs edilib.

Şərhlər

XƏBƏR LENTİ