SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Öz bacısının evindən oğurluq etdi - Şirvanda

Öz bacısının evindən oğurluq etdi - Şirvanda

Tarix:

18-12-2017, 17:36

/ 1 552 dəfə oxundu.
Öz bacısının evindən oğurluq etdi - Şirvanda

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, dekabrın 14-də Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə Şirvan şəhərindəki mənzillərin birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar həmin ünvana gələn Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıblar. Məlum olub ki, mənzildən 800 manat pul və 3240 manat dəyərində qızıl-zinət əşyaları və məişət avadanlıqları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhələr ev sahibəsinin bacısının üzərində cəmlənib.

Görülmüş təxirəsalınmaz tədbirlərlə Aytəkin Əmirova Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ