SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanlı qızlar Türkiyə vətəndaşını qətlə yetirdilər - FOTO

Azərbaycanlı qızlar Türkiyə vətəndaşını qətlə yetirdilər - FOTO

Tarix:

24-11-2017, 15:03

/ 1 670 dəfə oxundu.
Azərbaycanlı qızlar Türkiyə vətəndaşını qətlə yetirdilər - FOTO

Azərbaycanlı qızlar türkiyəli qızlarla əlbir olub Ukraynada Türkiyə vətəndaşını vəhşicəsinə qətlə yetirib.
Bu barədə BAKU.WS-ə istinadən məlumat veririk.
Qətlə yetirilən Sinan Ünalın anasının sözlərinə görə, oğlu Ukraynaya istirahət etmək üçün gedibmiş.
Ana Gülseli Ünal deyib ki, oğlu Talha adlı tələbənin evində qalıb.
“Noyabrın 15-i, gecə saatlarından oğlumla əlaqə kəsildi. Telefonlarına zəng çatmırdı”, - deyə ana qeyd edib.
Polisin araşdırmaları zamanı məlum olub ki, Sinan Ünal aldadılaraq meşəyə aparılıb və orada yuxu dərmanı ilə yatırdılıb. Bu hadisədə 2 azərbaycanlı, 3 türkiyəli qız iştirak edib.
Onların məqsədi S.Ünalı yatırdaraq pullarını oğurlamaq olub. Lakin Ünal oyanıb. Bunu görən soyğunçular əllərində olan taxta parçaları ilə ayaqlarını sındırıblar.
Daha sonra Ünalın başına zərbələr endirərək qətlə yetiriblər.
Cinayətkarlar hədəfi yayındırmaq üçün hadisə yerinə satanistlərin işarələrini qoyublar. Lakin polisin uğurlu əməliyyatı nəticəsində qatillər həbs edilib.
Azərbaycanlı qızlar Türkiyə vətəndaşını qətlə yetirdilər - FOTO
Azərbaycanlı qızlar Türkiyə vətəndaşını qətlə yetirdilər - FOTO
Azərbaycanlı qızlar Türkiyə vətəndaşını qətlə yetirdilər - FOTO

Şərhlər

XƏBƏR LENTİ