SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Məktəblilər arasında qanlı dava

Məktəblilər arasında qanlı dava

Tarix:

10-10-2017, 09:32

/ 66 526 dəfə oxundu.
Məktəblilər arasında qanlı dava

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə 151 saylı orta məktəbdə qeydə alınıb.

Azərbaycan dili bölməsinin 8-ci sinfində oxuyan 2001-ci il təvəllüdlü Əliyev Fərid Elnur oğlu Rus dili bölməsinin eyni sinif şagirdi ilə mübahisə edib. Nəticədə F.Əliyev 2 bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları 151 saylı orta məktəbə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ