SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Beyləqan sakini həmyerlisini bıçaqlayıb

Beyləqan sakini həmyerlisini bıçaqlayıb

Tarix:

28-09-2017, 10:45

/ 58 864 dəfə oxundu.
Beyləqan sakini həmyerlisini bıçaqlayıb

Beyləqan rayonunda yerli sakin mübahisə zəminində tanışını öldürməyə cəhd edib.
Hadisə rayonun 2-ci Şahsevər kəndində baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Rəfi Tehran oğlu Zeyniyev mübahisə zəminində həmkədlisi olan, 1984-cu il təvəllüdlü Əlizamin Əli oğlu Xudaverdiyevi bıçaqlayaraq onu öldürməyə cəhd edib. Çox saylı bıçaq yarası alan Ə.Xudaverdiyev xəstəxanaya aparılıb və əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 29, 120-ci (öldürməyə cəhd) maddəsilə cinayət işu açılıb, araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ