SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda şagird sinif yoldaşını bıçaqladı - Məktəbdə dava

Bakıda şagird sinif yoldaşını bıçaqladı - Məktəbdə dava

Tarix:

3-02-2017, 09:38

/ 2 830 dəfə oxundu.
Bakıda şagird sinif yoldaşını bıçaqladı - Məktəbdə dava

Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 217 saylı orta məktəbin həyətində bıçaqlanma hadisəsi qeydə alınıb.

Bu gün səhər saat 8 radələrində, dərs balamamışdan əvvəl 9-ci sinif şagirdi Musayev Nemət Afiyəddin oğlu öz sinif yoldaşı Əmənov Elturan Elçin oğluna bıçaqla xəsarət yetirib.

Yaralı təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Hadisəni törədən məktəbli isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.

Faktı məktəbin direktor müavini Yusifova Zərifə təsdiq edib. O, bildirib ki, hər iki məktəbli tərbiyəli şagird kimi xarakterizə olunurlar. Hadisə onlar aralarında yaranmış şəxsi mübahisə zəminində baş verib.

Şərhlər

XƏBƏR LENTİ