SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda "Azəriqaz"-ın əməkdaşını maşın vurub

Bakıda "Azəriqaz"-ın əməkdaşını maşın vurub

Tarix:

7-08-2017, 10:39

/ 56 840 dəfə oxundu.
Bakıda "Azəriqaz"-ın əməkdaşını maşın vurub

Paytaxtın Nizami rayonu, "8-ci kilometr bazarı"nın qarşısında xəsarətlə nəticələnmiş yol qəzası baş verib. Avtobus dayanacağında dayanan 54 yaşlı Etibarova Dinar Sədrəddin qızını “Qazel” markalı avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan qadın təcili tibbi yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

Onun yaxınlarının SalamNews-a verdiyi məlumata görə, xəsarətləri yüngül olduğundan qadın ambulator müalicəyə buraxılıb. Qeyd edək ki, Dinar Etibarova "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşıdır.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər piyadanın vurulması ilə nəticələnmiş yol qəzası Suraxanı rayonu ərazisində baş verib. Hövsan qəsəbəsində yolu keçmək istəyən 51 yaşlı Ələkbərov Canpolad Baba oğlunu avtomobil vurub.

Hadisə şahidlərinin SalamNews-a verdiyi məlumata görə, müxtəlif bədən xəsarətləri alan piyada sürücünün köməkliyi ilə dərhal 3 saylı şəhər xəstəxanasına çatdırılıb. İlkin müayinələrdən sonra Canpolad Ələkbərov evə buraxılıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ