SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda tanınmış aparıcının oğlunun şirkəti qarət olundu

Bakıda tanınmış aparıcının oğlunun şirkəti qarət olundu

Tarix:

24-07-2017, 12:03

/ 71 268 dəfə oxundu.
Bakıda tanınmış aparıcının oğlunun şirkəti qarət olundu

Tanınmış aparıcı, səyyah Azər Qəribin oğlu Şaiqin direktor olduğu şirkət qarət olunub.

Hadisə iyulun 22-də, gecə saatlarında baş verib.

Oğrular Xətai rayonu ərazisində yerləşən “TNT” kuryer şirkətinin pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq içəri daxil olublar və seyfi yarıblar.

Oğrular müşahidə kameralarının görüntülərinı toplayan cihazı aparmaq istəyiblər, lakin əvəzində onun yerinə ups deyilən stabilizatoru götürüblər.

Oğurluq faktı Xətai rayon Polis İdarəsinin 37-ci bölməsi tərəfindən araşdırılır.

Şaiq Qərib açıqlamasında qarətçilərin yalnız pul apardıqlarını bildirdi: “Mən indi xaricdəyəm. Polis araşdırma aparır. Mənə deyilənə görə, şirkətin əmlakına toxunmayıblar, maraqları yalnız pul olub”.

Şərhlər

XƏBƏR LENTİ