XalqXəbər.Az

Cavid Qurbanovun tamahı polkovnikin ölümünə səbəb olub – İDDİA

Cavid Qurbanovun tamahı polkovnikin ölümünə səbəb olub – İDDİA
13-04-2017, 15:39

Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov haqqında redaksiyaya daha bir ilginc məlumat daxil olub.
İddialara görə, Cavid Qurbanov 2011-ci ildə Fərhad Nəbiyev və Hacı Salayev adlı şəxslərə məxsus saxta möhürlə “İlin dörd fəsli” adlı kooperativin axırına çıxıb. Həmin kooperativin yaradılmasına sərmayə qoymuş dosent Zabit Musayevin vəsaiti ilə 1992-ci ildə inşa edilmiş avtomobil təmiri sexi, avtodayanacaq, avtoyuyucu və avtomibil ehtiyat hissələrinin satıldığı mağaza bir gecənin içində yerlə yeksan edilib. Bu hadisədən sonra Zabit Musayev Azərbaycanı tərk etmək məcburiyyətində qalıb.Həmin vaxt Cavid Qurbanovun saxta möhürlə məhv etdiyi kooperativin direktoru, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ehtiyatda olan polkovniki Eldar Həsənov isə hadisədən sonra insult keçirərək dünyasını dəyişib.
Bundan başqa məlumatda bildirilir ki, Cavid Qurbanov Fərhad Nəbiyevlə birləşərək saxta möhürlə özgəsinə məxsus əmlakı 5 milyon manata alaraq həmin ərazidə iri obyekt inşa etdirməyə başlayıb. İddia olunur ki, bu obyektin dəyəri 10 milyon manat civarındadır.
Bildirilir ki, Bakı-Tiflis-Qars dəmir yolunun indiyə qədər hazır olmaması da Cavid Qurbanovun həyata keçirdiyi maliyyə maxinasiyaları ilə bağlıdır.
Bu iddialarla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən münasibət öyrənmək mümkün olmayıb.
Məlumat üçün deyək ki, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri olmamışdan əvvəl “Azəryolservis” ASC-yə rəhbərlik edib. Yerli mediada yol çəkilişlərində milyonlarla manat vəsaitin qaranlıq məqsədlərə xərclənməsi barədə materiallarda Cavid Qurbanovun da adı hallanıb. Əvvəllər keçmiş nəqliyyat naziri korrupsiya və rüşvət iddiaları ilə uzun illər medianın gündəmində olmuş Ziya Məmmədovun patronajlığı altında fəaliyyət göstərən Cavid Qurbanov sonradan hakim ailənin çətiri altına keçib. Daha güclü himayədar tapdığına görə Ziya Məmmədovla hesablaşmayıb. Hətta onun yerinə keçmək iddiasına düşüb.
Hazırda isə Cavid Qurbanovun baş nazir postu uğrunda mübarizəyə qoşulduğu iddia olunur…

24saat.orgскачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.