SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » PJB-dən təklif: “Jurnalistlər Bakı meriyasının qarşısında “lopatka” aksiyası keçirsinlər”

PJB-dən təklif: “Jurnalistlər Bakı meriyasının qarşısında “lopatka” aksiyası keçirsinlər”

Tarix:

19-01-2017, 11:16

/ 1 685 dəfə oxundu.
PJB-dən təklif: “Jurnalistlər Bakı meriyasının qarşısında “lopatka” aksiyası keçirsinlər”

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov növbəti dəfə qeyri-adi açıqlama ilə gündəmə gəlib.
Bakı meri ATV-nin "Son xəbər” proqramına müsahibəsində Nərimanov rayonunda aparılacaq abadlıq işlərindən danışarkən KİV nümayəndələrinə qarşı növbəti qərəzli münasibət ortaya qoyub.

Bakıya sonuncu yağış yağan zaman Binəqədi və Zabrat qəsəbələrini su basdığını xatırladan H.Abutalıbov jurnalistləri qurutma işlərinə mane olmaqda qınayıb:

"Gedib o gölməçələri videoya çəkməkdənsə, yaxşı olardı jurnalistlər arx açardı ki, su axıb getsin”.

Məsələ ilə bağlı Parlament Junalistləri Birliyi (PJB) ölkə jurnalistlərinə müraciət edib.
PJB sədri Elşad Eyvazlı açıqlamasında bildirib ki, Bakı merinin jurnalistlərlə bu cür rəftarı birinci dəfə deyil. Sankı jurnalistlər Hacıbala Abutalıbov üçün “JEK” işçiləridir.

O bildirib ki, PJB ölkə jurnalistlərinin Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında “lopatka”aksiya keçirməsini təklif edir.

“Bütün jurnalistlərə müraciət edirik. Hacıbala Abutalıbovun jurnalistləri lağa qoymasına etiraz olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirək. Aksiyaya qatılacaq jurnalistlər əllərində bel götürsünlər. Biz aksiyanın keçirilməsi ilə bağlı icazə üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik. Jurnalistlərlə bu şəkildə davranmaq yetər. Biz Azərbaycanda məmurların jurnalistlərlə belə davranışına son qoymalıyıq”.

Şərhlər

XƏBƏR LENTİ