XalqXəbər.Az

Cahangir Əsgərova da bəd xəbər – AZAL-la bağlı ilginc gəlişmə...

Cahangir Əsgərova da bəd xəbər – AZAL-la bağlı ilginc gəlişmə...
24-10-2019, 12:30

Azərbaycanda həyata keçirilən kadr və struktur islahatları çərçivəsində bir sıra iri dövlət şirkətlərinin də özəlləşdirilməsi mümkündür.

Bu barədə Qaynarinfo-ya adının çəkilməsini istəməyən mənbə bildirib.

Mənbənin sözlərinə görə, ölkə başçısının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında dünənki fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin ləğv edilərək səlahiyyətlərinin sözügedən nazirliyə verilməsinin bir səbəbi də bu ola bilər.

Özəlləşdiriləcək iri dövlət şirkətlərinin ön sırasında"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) gəldiyini deyən mənbəmiz, bu istiqamətdə təkliflərin hətta hökumətə yaxın iqtisadçı ekspertlər və deputatlar tərəfindən uzun müddətdir səsləndirildiyini xatırladıb.

"Düzdür, bir neçə il əvvəl sözügedən təklif yenidən gündəmə gələndə maliyyə naziri Samir Şərifov açıq mətnlə demişdi ki, AZAL-ın özəlləşdirilməyə çıxarılması, özəl hava şirkətlərinin yaradılması o qədər də uğurlu variant deyil. Lakin bu da faktdır ki, AZAL hazırda borc bataqlığındadır, həmin məbləğin artıq 1 milyard manata yaxınlaşdığı deyilir. Bir sözlə, bu QSC dövlət xəzinəsi üzərində ciddi yükə çevrilib, onu hazırkı vəziyyətdən ancaq özəlləşdirilməsi çıxara bilər. Hətta 2015-ci ilin sentyabrında hökumət "Azərbaycan Hava Yolları”nın borclarının əhəmiyyətli hissəsini silsə, bu da azmış kimi, ora müxtəlif dövlət investisiyaları, subsidiyalar və başqa güzəştlər yönləndirsə də, AZAL-ın borcu hər il on milyonlarla manat artmaqdadır. Bu vəziyyət nə qədər davam edə bilər? Sözügedən şirkətin dövlət üzərində yükünün ilbəil ağırlaşmasına haracan yol vermək mümkündür? Artıq hər kəs aydın görür ki, problemin həlli AZAL-ın özəlləşdirilməsindən keçir" – deyən mənbəmiz əlavə edib ki, digər tərəfdən, bu QSC-nin inhisarçı şirkət olması Azərbaycanda təyyarə biletlərinin baha olmasını şərtləndirən ən mühüm amillərdən biridir. Nəticədə həm vətəndaşlarda ciddi narazılıq yaranır, həm də ölkənin xarici turistlər üçün cəlbediciliyi kəskin azalır. Bütün deyilənləri nəzərə aldıqda aydın görünür ki, adıçəkilən dövlət şirkətinin özəlləşdirilməsi müsbət addım olardı".

Xatırladaq ki, "Azərbaycan Hava Yolları" QSC-nin sədri Cahangir Əsgərovdur. O, AZAL-a 23 ildir ki, rəhbərlik edir. Gələn il 70 yaşı tamam olacaq Əsgərov artıq yaşlı kadrlar siyahısındadır.

Onun da elə bu səbəbdən son vaxtlar təqaüdə göndərilən məmurlar siyahısına qoşulub-qoşulmayacağını zaman göstərəcək... скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.