SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Elman Rüstəmov prezident köməkçisi eşqində: bankirin iflas projesinin təfsilatı

Elman Rüstəmov prezident köməkçisi eşqində: bankirin iflas projesinin təfsilatı

Tarix:

19-01-2017, 00:03

/ 2 114 dəfə oxundu.
Elman Rüstəmov prezident köməkçisi eşqində: bankirin iflas projesinin təfsilatı

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov vitse-prezidentlik üçün çırmanıbmış

AMB-dəki mötəbər şəxsdən verilən xəbərə görə, baş bankirin planlarının üstündən Natiq Əmirov amili xətt çəkib.

Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi təyin olunan N.Əmirovun vitse-prezidentlik yolunda qapılarının açılması baş bankirin projesini alt-üst edib.

Elçibəy hökuməti dövründən bank sektorunda çalışan və insafən peşəkar iqtisadçı olan Elman Rüstəmovun Natiq Əmirovun təyin olunduğu prezidenti köməkçisi postuna gedəcəyi gözlənilirdi.

Baş bankirin iqtisadi islahatlar paketinin də hazır olduğu deyilir. Amma vergilər nazirinin müavini olmuş Natiq Əmirovun parlaması Elman Rüstəmovun projesini iflasa uğratdı.

Verilən xəbərə görə, baş bankir manatın devalvasiyası, Vyanada rüşvət skandalı, Beynəxalq Bankdakı qanunsuz işlərdə səhlənkarlığı və digər iqtisadi səbəblər üzündən hakimiyyətdə yüksəliş imkanlarını itirib.

Bu korrupsiya razılaşması çərçivəsində əvvəlcə Azərbaycan məmurlarına, daha sonra Suriya Mərkəzi Bankına offşor hesablar vasitəsilə 18 milyon dollar göndərilib.

Bu cinayət işində Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmovun da adı keçir. Hətta məhkəmə prosesində Elman Rüstəmovun da dindirilməsi gündəmə gəlib. İttiham aktında rüşvəti alan tərəf kimi iki nəfərin adı çəkilsə də, onlar məhkəmə prosesinə gəlmədi.

Bunlardan biri Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov, digəri isə onun suriyalı həmkarı Adib Mayale idi. Bunlara Avstriyada cinayət törətməyə görə ittiham elan olunmadı.

62 yaşlı Elman Rüstəmov özünün, eləcə də Azərbaycan Mərkəzi Bankının digərə məkdaşlarının rüşvət alması barədə Vyana məhkəməsində şahidlərin səsləndirdiyi açıq ittihamlara cavab vermədi.

Azərbaycan bankının nümayəndələri “Bloomberg News” saytına da şərh verməkdən imtina ediblər. 59 yaşlı Mayale isə ittihamları təkzib edib. O bildirib ki, Suriyanın əskinas çapına dair Rusiya ilə müqaviləsi var.

Şərhlər

XƏBƏR LENTİ