XalqXəbər.Az

Mətbuatı daxili mübarizə meydanına çevirən kim(lər)dir? – Əli Həsənovun adı çəkilir

Mətbuatı daxili mübarizə meydanına çevirən kim(lər)dir? – Əli Həsənovun adı çəkilir
17-10-2019, 13:04

Prezident İlham Əliyevin oktyabrın 16-da keçirdiyi ilin sosial-iqtisadi yekunlarına həst edilmiş müşavirə yenə yaddaqalan oldu.

AFN xəbər verir ki, ölkə başçısının artıq demək olar ki, açıq mətnlə mesajlar verməsi, bəzi cızığından çıxmış məmurları normal fəaliyyətə dəvət etməsi ölkə gündəminin əsas mövzusuna çevrilib.

Xüsusilə də media ilə bağlı prezidentin səsləndirdiyi fikirlər diqqəti cəlb edir: “İslahatlara qarşı bu gün iqtidarda olan bəziləri də çıxış edirlər. Onların şəxsi maraqlarına bu islahatlar toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik olan kadrları qaralayırlar, o cümlədən mətbuatda və mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir ki, hökumət üzvləri, bir hökumət üzvləri digər hökumət üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Onların apardığı islahatlar, hansılar ki, Prezident onlara tapşırıb, onlara kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Ona görə islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, belə adamlarla biz bir yolun yolçusu ola bilmərik.

Təbii ki, media cameəsində, eləcə də hökumətdə təmsil olunan bir çoxları söhbətin kim(lər)dən getdiyini yaxşı bilir. AFN-ə məsələ ilə bağlı danışan adının çəkilməsini istəməyən media eksperti prezidentin mesajının hədəfində ilk növbədə Prezident Administrasiyasında bəzi şöbə müdirlərinin, eyni zamanda bir sıra nazirlərin olduğunu bildirdi. Həmsöhbətimiz iddia edir ki, müşavirədə səslənən fikirlərin əsas ünvanı birmənalı olaraq Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovdur: “Məsələn, bizə sirr deyil ki, PA-nın İctimai-siyasi şöbəsi birbaşa jurnalistlərdən ibarət qruplar yaradaraq öz maraqlarına xidmət etdirir. Siz fikir versəniz, görərsiniz ki, bəzən hətta elə olur ki, adını çəkdiyim şöbənin müdiri Əli Həsənov prezidentdən daha çox müdafiə olunur. Həmçinin Əli Həsənova olan hücumların qarşısına daha çox jurnalist, media orqanı çıxır, nəinki prezidentlə bağlı baş verən hallarda. Eləcə də Əli Həsənovun dəstəklədiyi adamlara dəstək, hədəfində olanlara təzyiq bəzən hədsiz dərəcədə böyük olur. Məsələ ondadır ki, bunun üçün Əli Həsənov dövlətin ayırdığı vəsaitlərdən istifadə edir. Məsələn KİV-ə Dəstək Fondu vasitəsilə mediaya ayrılan vəsaitləri götürək. Baxaq görək kimlərə nağd vəsait ayrılır, kimlər mənzillərdən yararlana bilir. Tam olaraq Əli Həsənovun kurasiyasında olan media qurumları”.

Həmsöhbətimiz “Turan” İnformasiya Agentliyinin baş redaktoru Mehman Əliyevin bir müddət öncə verdiyi səs-küylü açıqlamaları da xatırlatdı: “Mehman müəllim yaxşı suallar qoymuşdu o açıqlamasında: necə oldu Əli Həsənov birdən-birə mətbuat klubları tikdi? Birdən-birə media holdinqlər yaratdı? “Xəzər” TV-nin tenderi peşəkarlara verilmədi, Əli Həsənovun oğluna verildi. Hansı ki, heç bir təcrübəsi yox idi. Mehman Əliyev həmin çıxışında açıq-aydın bildirdi ki, hakimiyyətin adından onunla söhbət edilərək medianın hazırkı durumdan çıxarılması üçün təkliflər istənilib. Bu “hörümçək toru”ndan qurtarmaq üçün Mehman müəllimdən təkliflər verməsini istəyiblər. Və o təklifləri verəndən sonra Əli Həsənovun təpkiləri ilə üzləşdi və hətta həbs olundu. Azərbaycanda medianın fəaliyyətinə nəzarət edən qurum İctimai-siyasi şöbədir. Amma böhtan, təhqir kampaniyalarının artıq mətbuatda adi hala çevrilməsi hakimiyyəti çoxdan narahat edir və ən yuxarı dairələrdə artıq müzakirələr gedir, göstərişlər verilir”.
Müsahibimizin sözlərinə görə, bəzi yüksək çinli nazirlər və məmurlar da KİV-lər maliyyələşdirirlər, lakin heç biri həmin KİV-lərdən söyüş, yaxud özünümüdafiə üçün istifadə etmir: “Məsələn, PA-nın digər şöbə müdirləri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov da media saxlayırlar. Amma onların kurasiyasında olan KİV-lərdə əndazəni aşmırlar”.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.