SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » BNA-da “işgəncə kralı”: xalqdan milyonlar soyan agentliy ifşa oldu - Faktlar

BNA-da “işgəncə kralı”: xalqdan milyonlar soyan agentliy ifşa oldu - Faktlar

Tarix:

30-09-2019, 10:10

/ 1 611 dəfə oxundu.
BNA-da “işgəncə kralı”: xalqdan milyonlar soyan agentliy ifşa oldu - Faktlar

2001-ci il. Braziliya, Meksika, Kolumbiya serialları bumudur. Dövlət televiziyasına Latın Amerikasının ailə-məişət teleserialları ayaq açıb; “Qvadalupe”, “Dul qadın Blanko”, “Mariya” və...“Səhrada məhəbbət” teleserialları 90-lar nəslinin yaddaşlarında olar.
Sonuncu serialın çox məşhur bir personajı varıydı - Kubillos...Heç kəsin sağ çıxa bilmədiyi “Faralion” həbsxanasının leytenantı, “işgəncə kralı” idi.
O seriala baxanlar yaxşı xatırlayar ki, Kubillos adı dillərdə əzbər gəzirdi, azərbaycanlılar bu obraza nifrət edirdilər. Onun zahiri görünüşü ilə əməlləri düz mütənasiblik təşkil edirdi. Sanki içi çölünə təzahür eləmişdi.
Və seriala baxan hər kəs ...“Səhrada məhəbbət”in sublimasiyasını yaşayırdı, türmənin “cəlladı” Kubillosu qeyri-ixtiyarı lənətləyirdi, hətta gündəlik hətta öz düşmənlərini bu personaya bənzədirdilər.
Görünüş və əməl baxımından Kubillos obrazından o qədər də ciddi şəkildə seçilməyən Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimlinin fərqi, sadəcə, türmədə yox, paytaxtda sürücülərə qarşı “işgəncə kralı” olmasıdır. Allah üzümüzə baxıb, yaxşı ki həbsxana rəisi və ya “nadzor” olmayıb...
Anaxeber.info ötən həftələrdə yayılan videonu yada salaraq yazır ki, təkcə bu kadrlar hansı qəddarlığın, zülmün baş verdiyini tam çılpaqlığı ilə əks etdirirdi.
Keçmiş nazir Ziya Məmmədovun vaxtilə qoçuluq edən quldurlarından davranışca fərqlənməyən nəqliyyat müfəttişi sürücüyə dayanma-durma qaydasını pozmağa görə cərimə yazarkən onunla əlbəyaxa olur, qarşıdurma yaradır.
Sürücülərin canını boğazına yığan ilk nəqliyyat müfəttişi deyil, BNA-nın küçələrə səfərbər olunan əli planşetli əməkdaşları camaatı təngə gətirib.
Bu qurum prezident tərəfindən ona görə təsis edilmişdi ki, şəhərin nəqliyyat sistemində, dayanma-durmada, avtoparklarda səliqə-sahman yaradılsın, hərəkət tənzimlənsin.
Amma yeni parkinqlər təşkil edilməmiş V.Kərimlinin qoçuları ağına-qarasına baxmadan ucdantutma harada dayanmış maşın görürlərsə ki, xəlvətcə çəkib qaçıb gizlənirlər, sonra sürücünün telefonuna cərimə edilməsi barədə məktub yollayırlar.
Prezident bu qurumu yaratmamışdı ki, yenidən narazılıq baş qaldırsın, əhali partlayış həddinə çatsın. Sürücüləri döyən, maşınların nömrəsini açıb aparan, avtomobillərə oturub sürücülük vəsiqəsini götürən, maşın sahiblərini şül-küt edən Ziya Məmmədovun quldurları ona görə yığışdırıldı ki, narazılıq pik həddə çatmışdı, camaat üsyana qalxırdı, sürücülər aksiyalar keçirirdilər. Rəsmən nəqliyyat qoçuları sürücüləri əzişdirirdilər.
Vüsal Kərimlinin təyinatı və BNA-nın təsisatı məhz bu neqativ halları aradan qaldırmağa hesablanmışdı. Amma görünür ki, prezidentə qarşı növbəti sosial təxribat hazırlanır.
Məqsəd BNA-nın büdcəsini doldurmaqdır və bu acgözlüyü sürücülərə Kubillos kimi işgəncə verən Vüsal Kərimli ilə komandası həyata keçirir.
Müfəttişlər özlərini Ziya Məmmədovun qudurğanları kimi aparırlar, heç kəsə rəhm etmirlər, xəbərdarlıq etmədən total şəkildə cərimə yazırlar.
Hətta belə iddialar var ki, BNA əməkdaşları işə götürülərkən sırf həmin “meyar”lar, “kriteriya”lar əsas götürülür. Yəni, daha zülmkar, qaniçən, kasıb sürücüləri cərimələyən şəxslər BNA-nın nəqliyyat müfəttişi olurlar.
Sosial şəbəkələrdə dolaşan informasiyalarda da iddia edilir ki, Vüsal Kərimlinin qeyri-rəsmi tapşırığı əsasında nəqliyyat müfəttişləri Bakı yollarına səfərbər olaraq, büdcəni doldurmaq naminə cərimələr yazırlar, əvəzində isə bunun hansı siyasi məsuliyyət daşıdığını, sosial zülmə gətirib çıxardığını hesablamırlar və çanaq yenə də hakimiyyətin başında çatlaya bilər.
Çünki prezident sosial islahatlar həyata keçirməyə, insanlar üçün xidmət sektorunu yaxşılaşdırmağa çalışır, göstərişlər verir, layihələr icra edilir, dayanma-durma səlahiyyətlərinin də DYP-dən alınıb BNA-ya verilməsində niyyət islahatlar aparmaq, narazılığa son qoymaq idi.
Lakin ortada dəhşətli bir mənzərə var - Kubillos dustaqlara, Kərimli isə sürücülərə işgəncə verir, Ziya Məmmədovun aqibətini xatırlamaq istəmir...
Sürücülər də bildirirlər ki, BNA DYP-nin 7 arxadan dönənlərinə rəhmət oxudur. Əməkdaşlarının hərəsinin qoltuğuna bir “dayan-durma qadağandır” nişanı veriblər ki, harda boş yer gördünüz, mıxçanızı basdırın ora. Üzünü sağa çevirirsən, sola qaytaranda bir qadağa nişanı görürsən.
Qısası: BNA paytaxtın dörd-bir yanında pullu dayanacaqlar işlədir - yarım saatı 20 manat. Yetim "parkovşiklər" qəpik-quruş alırdılar...
Məsələn, aptekin qarşısında 3-5 dəqiqə saxlayıb dərman almaq istəyənə cərimə tətbiq olunur. Bir sürücü avtomobilini saxlayıb sərnişin düşürür və 20 manat məbləğində cərimə olunur.

teref.az

Şərhlər

XƏBƏR LENTİ