SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Məhkəmə sədrinin qatili: general və sabiq nazir müavini ilə quda imiş.... - İlginc faktlar açıqlanır

Məhkəmə sədrinin qatili: general və sabiq nazir müavini ilə quda imiş.... - İlginc faktlar açıqlanır

Tarix:

13-09-2019, 13:15

/ 1 085 dəfə oxundu.
Məhkəmə sədrinin qatili: general və sabiq nazir müavini ilə quda imiş.... - İlginc faktlar açıqlanır

Xəbər verdiyimiz kimi, Tovuz rayonunda sabiq məhkəmə sədri Ələkbərov Firudin Muxtar oğlu959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu tərəfindən öldürülüb.

Qatil F.Ələkbərliyı 3 güllə sıxıb. O, xəstəxanaya çatdırılsa da, həkimlər həyatını xilas edə bilməyib.

Bəs, polis tərəfindən saxlanılan Əli Şəmiyev kimdir?

Mətləbə keçməzdən əvvəl xatırladaq ki, saytlarda tərəflər arasındakı mübahisənin səbəbi yazılıb.

Bildirilib ki, Firudin Ələkbərli və Əli Şəmiyev arasında mübahisə rayon ərazisində fəaliyyət göstərən, Ə.Şəmiyevə məxsus restoranda natəmizliyin olması və restoranın çirkab sularının çaya axıdılmasına qarşı F.Ələkbərlinin sərt münasibət göstərməsi olub.

Belə ki, F.Ələkbərli dəfələrlə restorandakı vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına və adiyyəti idarələrə şikayət məktubu ünvanlayıb. Bundan başqa, F.Ələkbərli restorandakı vəziyyətlə bağlı Ə.Şəmiyev barəsində Tovuz Rayon Məhkəməsinə də müraciət edib. Məhkəmədə keçirilən prosses zamanı hakim Ə.Şəmiyevin xeyirinə qərar çıxarıb.

Bundan sonra sonra tərəflər arasında münasibətlər daha da gərginləşməyə başlayıb və onlar bir neçə dəfə mübahisə ediblər.

Sonuncu görüş zamanı tərəflər yenidən mübahisə ediblər. Hadisə şahidləri Report-a bildiriblər ki, Ə.Şəmiyev F.Ələkbərlidən bir daha onun barəsində şikayət etməməyi tələb edib. F.Ələkbərli isə ölənə qədər ondan əl çəkməyəcəyini deyib. Bu zaman Ə.Şəmiyev üstündə gəzdirdiyi "TT" markalı tapança ilə F.Ələkbərliyə tərəf bir neçə dəfə atəş açıb.Güllələrdən 3-ü ona dəyib. Ağır xəsarət alan F.Ələkbərli xəstəxanada ölüb.

Bəs, rayonda iş adamı kimi tanınan Əli Şəmiyev, əslində, kimlərə yaxın qohumdur?

Bu barədə jurnalist Məhəmmədəli Qəribli çox maraqlı fakt açıqlayıb.

O bildirib ki, qətli törədən şəxs "Göl Əli" ləğəbi ilə tanınan böyük biznesmendi. Qatilin bir çox sabiq və indiki məmurlarla yaxın qohumluq əlaqəsi var: "Əli Şəmiyev Tovuz rayonunun keçmiş icra hakimiyyəti başçısı Tofiq Zeynalovla və nəqliyyat nazirinin keçmiş müavini, "Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəhbəri Arif Əsgərovla qudadır. Belə ki, "Göl Əli”nin qızları Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovla və Arif Əsgərovun oğlu Rahib Əsgərovla evləniblər. Tofiq Zeynalov isə DYP şefi general Ramiz Zeynalovun qardaşıdır".

Mia.az

Şərhlər

XƏBƏR LENTİ