SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "Relax” vergidən necə yayındırılıb? – Eyni insident 2017-ci ildə də olub (TƏFƏRRÜAT)

"Relax” vergidən necə yayındırılıb? – Eyni insident 2017-ci ildə də olub (TƏFƏRRÜAT)

Tarix:

20-08-2019, 12:17

/ 841 dəfə oxundu.
"Relax” vergidən necə yayındırılıb? – Eyni insident 2017-ci ildə də olub (TƏFƏRRÜAT)

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı İqbal Məmmədovun rəhbəri oluğu "Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşları döyülüb.

Unikal.org “Relax” İstirahət Mərkəzinin necə vergidən yayınması ilə bağlı təfərrüat əldə edib. Belə ki, Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları avqust ayının 16-dan “Relax” İstirahət Mərkəzində yoxlama aparır. Yoxlamalar zamanı ciddi qanunvericilik pozuntuları aşkarlanıb. Aşkarlanan pozuntular çərçivəsində “Relax” İstirahət Mərkəzində ciddi vergi sanksiyaları tətbiq olunmaq üçün müvafiq sənədlər tərtib edilib.

İstirahət Mərkəzi 20-yə yaxın adamın adına rəsmiləşdirilib....

Aparılan yoxlamalar zamanı məlum olub ki, 2017-ci ildə vergidən yayınmaq üçün Milli Məclisin deputatı İqbal Məmmədov obyekti 20-yə yaxın qohum və tanışlarının adına rəsmiləşdirib. Sənədlərdə göstərilib ki, “Relax” hoteli qardaşı və oğluna, çayxana və restoranların hər biri isə başqa-başqa adamların adına sənədləşdirilib. Adı “Relax” MMC olsa da, demək olar ki, bu obyektdə MMC-lik heç nə saxlanılmayıb. Bununla belə, istirahət mərkəzinə gələn müştərilərin sayı azaldılıb, xərcləri isə şişirdilib. Ümumilikdə istirahət mərkəzində külli miqdarda vəsaitin vergidən yayındırılması aşkarlanıb. Vergilər nazirliyinin əməkdaşları baş verən qanun pozuntuları ilə bağlı İ.Məmmədovun oğlu Mirhəmid Nərimanlını məlumatlandırıblar. Bu da Mirhəmid Nərimanlının ciddi narazılığına səbəb olub. Tərəflər arasında baş verən söz atışması, sonda əlbəyaxa davaya səbəb olub.

“Relax”ın məhkəmələri...

Onu da qeyd edək ki, Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamenti sözügedən istirahət mərkəzində bu il bir neçə dəfə də vergidən yayınma halları aşkarlayıb və bununla bağlı sanksiyalar tətbiq edib. Amma, “Relax” rəhbərliyi bu sanksiyalardan çəkinməyərək, yenə də eyni əməllərini təkrarlayıblar. 28.03.19-cu il tarixində “Relax” MMC qərarın ləğv edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə işə 30.04.2019-cu ildə baxılması qərarını verib. 2019-04-30-cu il tarixində keçirilən Apellyasiya Məhkəməsində 6 saylı Ərazi Vergilər Departamentinin qərarı qüvvədə saxlanılıb.

Eyni insident 2017-ci ildə də olub... Bununla belə, deputatın rəhbəri olduğu obyektdə insident 2017-ci ildə də təkrarlanıb. Buna görə, Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin şikayəti əsasında “Relax” MMC-nin rəhbərliyinə İnzibati Xətalar Məcəlləsinin 602.4 maddəsi ilə cinayət işi açılıb. Maddədə göstərilir ki, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsi, digər yerlərə baxış keçirilməsinə mane olması...

“Relax” bu qərara görə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmədən İXM-nin 602.4 maddəsinin ləğv edilməsini tələb edib. Bu dəfədə də məhkəmə “Relax” MMC rəhbərliyinin iddiasını rədd edib.

Şərhlər

XƏBƏR LENTİ