SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Milyarderlərin imarətləri: Vahid Ələkbərovun 5 yataq otağı olan villası — QİYMƏTLƏR + FOTOLAR

Milyarderlərin imarətləri: Vahid Ələkbərovun 5 yataq otağı olan villası — QİYMƏTLƏR + FOTOLAR

Tarix:

28-03-2017, 00:00

/ 3 805 dəfə oxundu.
Milyarderlərin imarətləri: Vahid Ələkbərovun 5 yataq otağı olan villası — QİYMƏTLƏR + FOTOLAR

Dünya milyarderlərinin sərvətləri, onların göz oxşayan malikanələri ultra-dəbdəbəli elitar bazarda mühüm çəkiyə malikdir.
Geyimləri, bahalı avtomobilləri ilə diqqət mərkəzində olan milyarderlərin yaşadıqları evlər daha da gözqamaşdırıcıdır.
Niyə də olmasın?! Hər halda milyonlarla dollar qiyməti olan sarayların parıltısı cəlbedici olmaya bilməz.
Araşdırmalar zamanı məlum olub ki, milyonerlərin mülkündə 20 ən bahalı villa var və onlardan cəmi 6-nın qiyməti 100 milyon dollar civarındadır.
Dünya milyarderlərinin villaları haqqında araşdırma apardıq.
ABŞ prezidenti, milyarder Donald Trampın Florida ştatının Palm Biç şəhərindəki imarəti 150 milyon dollar dəyərindədir.
Milyarderlərin imarətləri: Vahid Ələkbərovun 5 yataq otağı olan villası — QİYMƏTLƏR + FOTOLAR
Burada 20 hamam otağı, 15 yataq otağı, tennis meydançası, qonaq otağı və 100 nəfərin çimə biləcəyi hovuz var.
Lili Safranın Fransadakı “Villa Leopolda” malikanəsi 2008-ci ildə 500 milyon avro dəyərində olub. Rusiyalı milyarder Mixail Proxorov 2008-ci ildə bu malikanəni 500 milyon avro pul qarşılığında almaq istəyib.
Lakin sonradan sövdələşmə pozulub və bu, rus milyarder üçün itki ilə nəticələnib. Belə ki, onun depozit üçün verdiyi 50 milyon avro “batıb”.
Milyarderlərin imarətləri: Vahid Ələkbərovun 5 yataq otağı olan villası — QİYMƏTLƏR + FOTOLAR
Villada 11 yataq otağı və 11 vanna otağı, çimərlik, zeytun, limon və sərv bağları var.
Sərvəti 9 milyard dollara yaxın olan İra Rennertin Nyu-York ştatındakı villasının dəyəri 2012-ci il qiymətləri ilə 248 milyon dollar olub.
Milyarderlərin imarətləri: Vahid Ələkbərovun 5 yataq otağı olan villası — QİYMƏTLƏR + FOTOLAR
Burada 29 yataq otağı, 39 hamam, 3 üzgüçülük hovuzu var. Üstəgəl, villanın yerləşdiyi yerdə ayrıca elektrik stansiyası da quraşdırılıb.
16.5 milyard dollar sərvətə malik olan Lakshmi Mittalın Londondakı malikanəsinin məbləği 2008-ci ildə ilə 222 milyon dollar dəyərində qiymətləndirilib.
Milyarderlərin imarətləri: Vahid Ələkbərovun 5 yataq otağı olan villası — QİYMƏTLƏR + FOTOLAR
15 milyard dollardan artıq varidatı olan Ukraynanın ən varlı insanı Rinat Axmetovun Londondakı mülkünün dəyəri 2011-ci ildə 221 milyon dollar məbləğində qiymətləndirilib.
Milyarderlərin imarətləri: Vahid Ələkbərovun 5 yataq otağı olan villası — QİYMƏTLƏR + FOTOLAR
Bu otel, 25 min kvadratmetr ərazini əhatə edir və güllə keçirməz şüşələri var.
43 milyard dollarlıq sərvəti olan Larri Elisonun Kaliforniyadakı yapon üslubunda 2004-cü ildə tikdirdiyi malikanədə 10 bina, göl, çay evi, hamam var.
Buna baxmayaraq, cari məzənnə ilə bu imarətin qiyməti elə də baha sayıla bilməz – cəmi 70 milyon dollardır.
Milyarderlərin imarətləri: Vahid Ələkbərovun 5 yataq otağı olan villası — QİYMƏTLƏR + FOTOLAR
Lakin bu, vergi müfəttişlərinin qoyduğu qiymətdir və belə hesab edilir ki, villanın dəyəri bundan çox bahadır.
Rusiyalı biznesmen Roman Abramoviçin Londondakı villası 2011-ci ildə 140 milyon dollar həcmində qiymətləndirilib. Burada tennis kortu, sağlamlıq mərkəzi, avtomobil muzeyi fəaliyyət göstərir.
Milyarderlərin imarətləri: Vahid Ələkbərovun 5 yataq otağı olan villası — QİYMƏTLƏR + FOTOLAR
Qeyd edək ki, Abramoviçin bununla yanaşı, French Riviera-da qəsri var və buranın inşasına 90 milyon dollar xərc çəkib.
Milyarderlərin imarətləri: Vahid Ələkbərovun 5 yataq otağı olan villası — QİYMƏTLƏR + FOTOLAR
Çinli milyarder Cak Ma (29 milyard dollara yaxın sərvətə sahibdir) Honq-Konqdakı villasının satış qiyməti 2015-ci ildə 193 milyon dollar dəyərində qiymətləndirilib.
Milyarderlərin imarətləri: Vahid Ələkbərovun 5 yataq otağı olan villası — QİYMƏTLƏR + FOTOLAR
Microsoft”un təsisçisi Bill Qeytsin Xanadu 2.0 kompleksi 2012-ci ildə 120.5 milyon dollar həcmində qiymətləndirilib.
Milyarderlərin imarətləri: Vahid Ələkbərovun 5 yataq otağı olan villası — QİYMƏTLƏR + FOTOLAR
modern

Şərhlər

XƏBƏR LENTİ