SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Sahibkarlığın inkişafı karqo şirkətlərinin şəffaf fəaliyyətindən asılıdır

Sahibkarlığın inkişafı karqo şirkətlərinin şəffaf fəaliyyətindən asılıdır

Tarix:

5-07-2019, 13:48

/ 5 595 dəfə oxundu.
Sahibkarlığın inkişafı karqo şirkətlərinin şəffaf fəaliyyətindən asılıdır

Azərbaycanda uzun illər biznes subyektlərinin ən ağrılı yeri olan vergi və gömrük orqanlarının fəaliyyətində dönüş yaradılmasının əhəmiyyətini xüsusi vurğulamağa ehtiyac yoxdur. İnsafən hər iki orqanda, xüsusilə də vergi sistemində əhəmiyyətli dəyişikliklərin olduğu, sahibkarların nisbətən rahat nəfəs almağa başladığı müşahidə olunur.
Gömrük orqanlarında da ciddi islahatların aparıldığı, rüşvətin yığışdırıldığı və bu bu sahədə qanunların hər şeyin üzərində olduğuna dair qurum rəhbərliyi tərəfindən tez-tez bəyanatlar verilir. Lakin bu orqanla təmasda olan sahibkarlardan və fiziki şəxslərdən qurumun fəaliyyətilə bağlı şikayətlər kifayət qədər çoxdur. Şikayətlər birbaşa rüşvət alınması faktları ilə bağlı olmasa da, malların müxtəlif bəhanələrlə anbarlarda boşaldılması və buna görə əlavə haqq alınmasından tutmuş idxal olunan malların, avtomobillərin və s. məhsulların qiymətinin gömrük əməkdaşları tərəfindən real dəyərindən baha qiymətə rəsmiləşdirilməsinə, buna görə də artıq rüsum alınmasına qədər bir çox halları əhatə edir.
Dövlət Gömrük Komitəsinin fəaliyyətindən narazılığa səbəb olan sahələrdən biri də bəzi karqo şirkətləri ilə bağlıdır. Məlum olduğu kimi bir müddət əvvəl inhisarçılıqla, haqsız rəqabətlə və s. neqativ hallarla mübarizə elan edilərək, gömrükdə şəffaflıq yaradıldığı bildirildi. Artıq sahibkarların ölkəyə idxal etdikləri malları hansısa karqo şirkətləri tərəfindən deyil, öz “VÖEN”ləri vasitəsilə rəsmiləşdirməli olduqları elan olundu. Bundan sonra doğrudan da bəzi karqolar sahibkarlara əvvəlki “xidmətləri” göstərməkdən imtina etməyə başladılar. Bu o demək idi ki, nə sahibkarlar, nə də karqo şirkətləri vergidən yayına bilməyəcəkdi, ölkədə normal rəqabət mühiti yaranmasına və sahibkarların mal qalıqlarının “ağardılmasına” yəni rəsmiləşdirilməsinə imkan yaranacaqdı.
Lakin son zamanlar sahibkarlardan bəzi karqo şirkətlərinin yenidən “dövrəyə girdikləri” barədə məlumatlar daxil olmaqdadır.
Araşdırmalar göstərir ki, Azərbaycanda kifayət qədər karqo xidməti göstərən firmalar, iri şirkətlər var.
Bəzi karqo şirkətləri idxal olunan malların vergi və gömrük rüsumundan müxtəlif yollarla yayındırılmaqla sənədləşdirilməsini həyata keçirirlər.
Bəzi karqo şirkətlərinin fəaliyyəti həm Azərbaycana mal ixrac edən, həm də həmin malı burada qəbul edən şirkətlərin saxtakarlığa yol verməsinə, nəticədə qeyri-sağlam rəqabət mühitinin yaranmasına xidmət edir: “2016-cı ildən bu günə kimi gömrük sistemində köklü islahatların getdiyini görürük və dəstəkləyirik. Lakin bəzi karqo şirkətləri öz köhnə adətlərindən əl çəkmirlər, köhnə və qanunsuz üsullarla işləməyə davam edirlər.
Son vaxtlar bəzi karqo şirkətlərinin gömrük və vergi rüsumlarından yayınması ilə bağlı xalqxeber.az-a şikayətlər daxil olmaqdadır. Redaksiya olaraq karqo şirkətləri ilə bağlı araşdırmalara başlamışıq. Araşdırmalarımız zamanı məlum olub ki, Çin Xalq Respublikasından (ÇXR) Azərbaycan Respublikasına 4 Karqo şirkəti yük daşıması ilə məşğul olur.
“Çin Karqo” –Şamil Heydərov rəhbərlik edir.
“Kaspian Karqo” – Telman və Ədalət rəhbərlik edir.
“Kapitan Karqo” – Mehrab rəhbərlik edir.
“Mayak Karqo” – Saleh rəhbərlik edir.
Xüsusilə qeyd edək ki, Azərbaycan Gömrük Komitəsinin, Vergilər Nazirliyinin və Karqoların birgə keçirdiyi iclaslarda qərara alındı ki, bütün karqolar aprel ayının 1-dən “Reyster” əsasında yükləri sahibkarların adına gətirsin.
”Reyster” nə deməkdir?
“Reyster” o deməkdir ki, bir konteynerdə (72m3 – 24 ton) azı 5 sahibkarın və şirkətin (daha çox 100-ə yaxın sahibkarın) malı ola bilər. Bu “Reyster” sistemin işləməsi üçün ÇXR-da sahibkarlardan yüklər vergi VÖEN-i ilə yığılmalıdır. “Çin Karqo”-dan başqa heç bir Karqo yükü sahibkarlardan VÖEN-lə yığmır. Bu halda yüklər saxta fiziki şəxslər və şirkətlərin adına gətirilir və vergidən yayınırlar. ÇXR-dan gələn yüklərin təqribən 25%-ni “Çin Karqo” daşıyır, yerdə qalan 75% yükü yuxarıda göstərilən 3 Karqo daşıyır.
“Çin Karqo” reysterlə daşınan yükün daşınmasını təşkil edir, Gömrük sənədləşməsinə köməklik edir, Gömrük rüsumunu sahibkarlara ödətdirir, konteynerləri Gömrük anbarından çıxardıb karqonun anbarına gətirir, yükü sahibkarlara paylayır. Sahibkarların kassa aparatlarının işləməsinə yardım edib, malın satışında sahibkarlara köməklik edir. Vergi hesabatını apartdırır, vergi rüsumunun ödənilməsinə köməklik edir. Məsələn: 40 futluq konteynerdə 72 m3 , 24000 kq geyim varsa, yükün invoist dəyəri 77500 $ , daşıma qiyməti 4000 $ olarsa, Gömrük rüsumu aşağıdakı kimi ödənilir:
77500 $+4000 $ = 81500 $.Bu qiymətdən təqribən 36 % rüsum ödənilir, yəni 29340 $ (29340 $ x 1.7 = 49878 AZN, təqribən 50000 AZN ) Gömrüyə pul ödənilir. Malın dəyəri 81500 $ + 29340 $= 110840 $ təşkil edir. Sahibkarlar 110840 $ üzərinə 12% mənfəət qoyub mallarına satırlar, yəni sahibkarlar 110840 $ x 12 % = 13300 $ gəlirlə satırlarsa (13300 x (20+18)%) vergiyə təqribən 5040 $ (yəni 5040 $ x 1.7 = 8600AZN) rüsum ödənilir.
ÇXR-dan gələn hər bir malın invoist qiymətinə uyğun Gömrük rüsumu və buna uyğun vergi rüsumu ödənilir.
Yuxarıda göründüyü kimi ÇXR-dan gələn bir konteyner geyim üçün Gömrüyə 50000 AZN, Vergiya 8600 AZN pul ödənilir.Geyimin 1m3-na görə 695 AZN (50000AZN : 72m3 = 695), geyimin 1-kq çəkisinə görə 2,083 AZN ( 50000AZN : 24000 kq = 2,083AZN) Gömrüyə rüsum ödənilir.Vergiyə 1m3-görə 120 AZN (8600 : 72 = 119.4), 1 kq-a görə 0.36 AZN (8600 AZN : 24000 kq= 0.358 AZN) pul ödənilir.
“Çin Karqo” bir konteyner geyim yükünün (72m3- 24 ton) 1m3-nu 580 $-a yığıb gətirir, yəni 1 konteyner 72 m3 x 580 $ = 41760 $ pul yığılır. Konteynerin yol pulu, anbar pulu, yükləmə pulu və s. -5500 $ təşkil edir. Bakıda yükləmə -boşaltma , “İpək Yolu” terminal xərcləri, deklarasiya xərcləri və s. təqribən 1200 $ təşkil edir.
“Çin Karqo” 2018-ci ildə geyimin 1m3-nu 580$-a daşıyırdısa, 2019-cu ildə də konteynerdə yüklərin 1m3-nu 580 $-a daşıyır. 580 $-dan 408 $ Gömrük rüsumu, vergiyə 1m3 –a 70 $ ödəyir.
Bu sxemlə “Çin Karqo” vasitəsi ilə gələn yüklərin (qiymət cədvəlinə uyğun) Gömrük və Vergi rüsumları ödənilir.
Başqa Karqolar VÖEN-lə yük yığmadığına görə yükləri saxta fiziki şəxslərin və firmaların adına vurub, həm Gömrük rüsumunu az verib həm də Vergi rüsumunu verməkdən yayınırlar.
"Çin Karqo” aprel, may, iyun aylarında Reysterlə, VÖEN-lə gələn yükün sahibkarlarının adlarını, Reystersiz gələn fiziki şəxslərin və şirkətlərin adlarının olduğu cədvəli təqdim edə bilər.Cədvələ əsasən görünür ki, “Binə və Sədərək” yarmarkasında çalışan sahibkarlar nə qədər yük gətiriblərsə, bu yükə görə Gömrük və Vergiyə nə qədər rüsum ödəyiblər. Cədvəl növbəti yazımızda veriləcək.
İkinci cədvəldə görünür ki, “Çin Karqo” neçə fiziki şəxsin və şirkətin adına yük gətirib.Bu şirkətlərin invoist dəyərindən təqribən görünür ki, fiziki şəxslər və şirkətlər Gömrüyə nə qədər rüsum ödəyib. Bunların vergiyə nə qədər rüsum ödədiyinə “Çin Karqo” nəzarət edə bilmir. Amma “Çin Karqo” ilə işləyən fiziki şəxs və şirkətlər verginin pulunu da ödəyirlər. Vergidən yayınmaq istəyən fiziki şəxslər və şirkətlər “Çin Karqo” ilə yük gətirmirlər. Konteynerləri saxta şirkətlər adına vurub , o biri karqolarla gətirirlər.
Yaxşı olardı ki, Vergilər Nazirliyinin İstintaq idarəsi hal-hazırda yüklərin gəlməsinə nəzarət etsin, saxta şirkətləri tutsunlar.
Bu 3 ayda Reysterlə “Çin Karqo” ilə gələn yüklərə görə Gömrüyə 8.000.000 AZN,Vergiyə 1.200.000 AZN pul ödənilib. Daşınmaya görə “Çin Karqo” ilə yük gətirən fiziki şəxslər və şirkətlər Gömrüyə 12.000.000 AZN,Vergiyə 1.700.000 AZN pul ödəməlidirlər.
“Çin Karqo” yükün 25%-ni daşıyır. Qalan 3 Karqo 75% yükə görə Gömrüyə 60.000.000 AZN, Vergiyə 8.700.000 AZN rüsum ödəməlidir.
“Çin Karqo” Gömrük Komitəsi və Vergilər Nazirliyi ilə təmiz işləyir, rüsumları vaxtı-vaxtında verir. “Çin Karqo” Vergilər Nazirliyinə təklif verir ki, sahibkarların adına gələn yüklərin deklarasiyasını yoxlasın və görsün ki, hansı karqo təmiz işləyir.
“Çin Karqo” vasitəsi ilə yük gətirən sahibkarlar , bazarda olan vergi işçilərinə yükün deklarasiyasını təqdim etməklə, bazara vergiyə görə ödədiyi rüsumu ödəməyəcəklər. Sahibkar vergiyə iki dəfə rüsum yox, bir dəfə rüsum ödəyəcəkdir.
“Çin Karqo” ilə qeydiyyatdan 697 sahibkar keçib və uçota alınıb. Növbəti sayımızda 697 sahibkarın adı, soyadı, VÖEN-ləri və bunların aylar üzrə vergiyə verilən rüsum cədvəli göstəriləcək.
xalqxeber.az olaraq karqo şirkətlərinə bir daha müraciət edərək hər kəsi dürüst və şəffaf şəkildə fəaliyyət göstərməyə, dövlət büdcəsinə çatacaq vergi və rüsumları vaxtında və düzgün şəkildə ödəməyə çağırırıq.

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ